Ölkə futbolu

Məşhur futbolçunun “Qəbələ”yə keçidi baş tutmadı

Bolqarıstan millisinin sabiq üzvü Valeri Bojinovun “Qəbələ”yə keçidi baş tutmayıb.

İdmanxeber.com-un məlumatına görə, 30 yaşlı futbolçunun formasını geyindiyi “Partizan” klubu bu transferin reallaşmasına icazə verməyib. Məsələ ilə bağlı Belqrad təmsilçisinin idman direktoru, keçmiş futbolçu İvitsa İliev də danışıb. O, bildirib ki, Bojinov mövsümün sonuna qədər “Partizan”ı tərk etməyəcək.

Qeyd edək ki, Bojinov karyerasını ərzində “Fiorentina”, “Yuventus”, “Mançester Siti”, “Parma” və “Sportinq” kimi məşhur komandalarda forma geyinib. Valeri 2015-ci ildən “Partizan”ın uğurları üçün çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Avro-2016 həyəcanı davam edir: Möhtəşəm futbol bayramını bu kanallarda izlə – TV AFİŞA

admin

“Neftçi”də özbək qeyri-müəyyənliyi

admin

Açıq məşq

admin