"Qəbələ"nin yeni baş məşqçisi olacağı gözlənilən Dorinel İonel Muntyan əyalət klubunu çalışdırmayacaq.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Klub rəsmisi bildirib ki, siyahılarında olan 4 məşqçidən biri olan Rumıniyanın canlı əfsanəsi ilə danışıqlar müsbət yekunlaşmayıb.
Baş məşqçi məsələsinə yaxın 1-2 gündə aydınlıq gələcək.
Qeyd edək ki, Muntyan "Volfsburq", "Köln" və "Styaua" kimi məşhur klublarda çıxış edib.