Dünyadan

Messi adı altında narkotika ticarəti

Peru polisi üzərində “Barselona”nın Lionel Messinin fotosu əks olunmuş qutulardan külli miqdarda narkotik maddə ələ keçirib.

İdmanxeber.com-un məlumatına görə, Messi məhsulları kimi təqdim edilən qutulardan 1,417 kq narkotik maddə aşkarlanıb. Narkotik maddələrin təsadüfən ələ keçirildiyi qeyd edilib.

Qutularda bir neçə ədəd Lionel Messi maykalarının, onların altında isə narkotik maddələrin gizlədildiyi açıqlanıb.

Qeyd edək ki, ələ keçirilən narkotik maddənin 85 milyon avro dəyərində olduğu bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43