PSJ-nin ulduzu Lionel Messi komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisi ulduz oyunçu ilə razılaşa bilmir. Argentinalı maaş məsələsində rəhbərliklə anlaşa bilməyib.
İspaniya mətbuatı isə Messinin yenidən “Barselona”ya qayıda biləcəyini bildirib. Belə ki, futbolçunun atası Kataloniyada klub rəhbərliyi ilə görüşüb.
Tərəflər arasında danışıqların müsbət keçdiyi qeyd olunub.