“Barselona”nın sabiq hücumçusu Rivaldo Fransa mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı Lionel Messinin icazəsiz Səudiyyə Ərəbistanına getməsinə toxunub. O, Leonu bu davranışına görə tənqid edib:
“Lionel Messi PSJ-nin icazəsi olmadan Səudiyyə Ərəbistanına getdi və klubdan iki həftəlik cəza aldı. Bütün əlamətlər onun müqavilə ilə bağlı danışıqlar aparmaq üçün ora yollandığını göstərir. Bununla belə, Messinin hazırkı klubuna bu cür hörmətsizlik göstərdiyini görəndə bir az üzüldüm, bu ona yraşmadı.
Messi həmişə nümunə olub və onu tənqid etmək istəyənlər üzərinə atılacaq belə bir şey gözləyirlər. Messi Liqa 1-in sona çatdığı və klubunun Fransa çempionluğuna yaxın olduğu bir vaxtda bunu etməyə bilərdi”,
Daha əvvəl PSJ-nin argentinalı ilə mövsümün sonunda müqaviləni yeniləməyəcəyi məlum olub. “Barselona”, “Əl-Hilal” və “İnter Mayami” futbolçu üçün mübarizə aparır.
Messinin PSJ ilə müqaviləsi bu yay başa çatır.