22 İyul 2026
İdman

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: iki yarımfinal cütlüyü bəlli oldu

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində ikinci yarımfinal cütlüyü müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, pley-off mərhələsində keçirilən Çexiya – Ukrayna matçının ardından son yarımfinalçı da bilinib.

Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan çexiyalılar mübarizəni davam etdiriblər. Adıçəkilən komanda axşam saatlarında finala vəsiqə uğrunda Qazaxıstanla üz-üzə gələcək.

Qeyd edək ki, turnirin digər yarımfinal görüşündə Azərbaycan və Serbiya milliləri qarşılaşacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43