Argentina millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Boliviyanı qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, görüş ev sahibi komandanın qələbəsiylə başa çatıb – 6:0. Lionel Messi matçda het-trikə imza atıb. Bununla da ulduz futbolçu yığmadakı qollarının sayını 110-a çatdırıb. Forvard milli komandaların oyunlarında bombardirlər siyahısında ikinci yeri tutur.
Millidəki oyunlarda qol sayına görə rekord portuqaliyalı Kriştiano Ronaldoya (133) məxsusdur.