08 Sentyabr 2024
Dünya futbolu

Messili “İnter Mayami” uduzdu

Lionel Messinin çıxış etdiyi Amerikanın “İnter Mayami” klubu yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Yaponiyanın “Vissel Kobe” klubu ilə üz-üzə gələn kollektiv görüşdən məğlub ayrılıb. Əsas vaxtı 0:0 hesabı ilə bitən matçda qalib penaltilər zərbəsi zamanı bəlli olub 4:3.

Mayamçi təmsilçisinin əsas heyətində Luis Suarez, Buskets, Jordi Alba kimi ulduz futbolçular yer alıb. Messi isə görüşün 60-cı dəqiqəsində meydana daxil olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43