“Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Madera millimizdə çıxış edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, AFFA-nın bununla bağlı Miçelə təklif göndərdiyi bildirilir.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçinin gələn il Azərbaycanda oynamasının 5 ili tamam olacaq. FİFA-nın qaydalarına görə, 5 il ölkəmizdə çıxış edən legioner, vətəndaşlıq hüququ ala və milli komandada oynaya bilər.