Dünya futbolu

“Çelsi”nin sabiq üzvü “Trabzonspor”da

“Trabzonspor” Nigeriya millisinin üzvü Obi Mikeli heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, Qaradəmniz təmsilçisi 32 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalandığını açıqlayıb.

Təcrübəli futbolçu “bordo-mavililər”ə azad agent statusu ilə keçib.

Qeyd edək ki, Obi Mikel 2006-2017-ci illərdə “Çelsi”də çıxış edib. Onun son klubu  “Midlsbro” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43