"Milan" rəhbərliyi baş məşqçi postuna Jorje Jezuşu gətirmək istəyir.
İdmanxeber.com-un məlumatına görə, Adriano Qalliani Çempionlar Liqasının finalından sonra portuqaliyalı mütəxəsislə görüşüb və ona İtaliyaya köçməli olduğunu bildirib.
Qeyd edək ki, buna qədər klubun boş qalan postu üçün Unai Emeri, Luçano Spaletti İnzagi və Roberto Donadoni namizəd olaraq göstərilirdi. Xatırladaq ki, "Milan"ı hal-hazırda Klaran Zedorf çalışdırır.