UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.
A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparır.
Yarımfinalın ilk oyunu İtaliya ilə İspaniya arasında olub. “San Siro”da keçirilən matçda 2:1 hesabı ilə qalib gələn İspaniya həlledici oyuna vəsiqə qazanıb.
İkinci dəfə təşkil olunan “Dördlər final”ının ilk qalibi Portuqaliya millisi olub.
Millətlər Liqası
Dördlər finalı
6 oktyabr
22:45. İtaliya – İspaniya – 1:2
Qollar: F.Torres, 17, 45+2 – Pelleqrini, 83
Qırmızı vərəqə: Bonuççi (İtaliya)
Milan, “San-Siro” stadionu