Layihə

Milli komandamızın tərəqqisi üçün nə etmək lazımdı? – LAYİHƏ

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan  İdmanxeber.com saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 1-ci yazı

Futbol üzrə DÇ-2018-in seçmə mərhələsinin oyunları da başa çatdı. Seçmə mərhələnin oyunlarından əvvəl ilk dəfə iddialı olan AFFA rəsmiləri “Niyə də yox?” şüarı ilə Azərbaycan futbol ictimayətini ümidləndirməyə çalışdı. Yəni, millimiz niyə də 2018-ci ildə Rusiyada keçiriləcək mundialda iştirak etməsin?  Şüarı eşidənlərin millimizlə bağlı olan düşüncələri dəyişməsə də, futbolçularımızın ilk 3 matçda göstərdikləri nəticə yığmamızın uğur qazanacağına ən az inanan insanı da çaş-baş saldı. Təkcə, ardıcıl 2 oyunda qələbə və daha sonra səfərdə Çexiya millisi ilə heç-heçə hər kəsi Rusiyada keçiriləcək Dünya çempionatı üçün ümüidləndirmişdi. Azərbaycan millisinin bizim komandamız olmasına da inanmırdıq.Lakin seçmə mərhələnin gedişində qazanılan uğursuz nəticələr millimizin bizə aid olduğunu göstərdi. Bununla belə ilk dəfə bir seçmə mərhələdə ən çox – 10 xal toplamağa müvəffəq olduq. Bu, uğurun (əgər uğur demək olarsa) memarı isə 2 il əvvəl yığmamızın baş məşqçi postuna təyin olunan Robert Prosineçki idi. 2008-ci ildə qoşa nağara ilə millimizin çalışdırıcısı postuna gətirilən, 2014-cü ildə isə taykeş çubuqla yola salınan Berti Foqts belə nə qədər çalışdısa, 8 xaldan artığına gücü çatmadı. Bir az da əvvələ qayıtsaq, 2005-2007-ci il aralığında Şahin Diniyevə tapşırılan yığmamızın isə cəmi 5 xal yığıdığının şahidi olarıq. Ümumi nəzər yetirsək, yığmamızın tısbağa addımı ilə inkişaf etdiyini görmək olar. Bəs görəsən milli komandamızın tərəqqisi üçün nə etmək olar? Bunun üçün nə lazımdı? Bu haqda mütəxəssislərimiz rəy ver verəcək:


Vaqif Sadıqov (milli komandamızın sabiq baş məşqçisi)

“Yığma komandamızda tərəqqiyə  nail olmaq istəyiriksə, bütün futbolla məşğul olan. Azərbaycan futboluna xidmət edən insanların düşüncələri eyni olmalıdı, üst-üstə düşməlidi. Futbolu hər şeydən üstün tutmalıyıq. Yalnız o zaman futbolumuzun tərəqqisi üçün önəmli addım atmış olarıq. Bütün sahələrdə olduğu kimi, futbolda da əlimizdən gələni etməliyik ki, ən yaxşılardan olaq. “Qarabağ” bu gün Azərbaycan futbolunun ən gözəl sübutudu. “Qarabağ” sübut edir ki, bizim komandamız da var, futbolçumuz da, məşqçimiz də. İstər-istəməz klubdakı uğurlar milli komandanın çıxışlarına da müsbət təsir göstərməlidi. Mümkün deyil ki, “Qarabağ” mükəmməl oyun sərgiləsin, yığmamız yox. Belə bir şey ola bilməz. Ancaq səviyyə fərqi ola bilər ki, Ağdam klubu daha gözoxşayan futbol nümayiş etdirir. Özünüz də şahidi olursuz ki, “Qarabağ” hansı yeniliklərə imza atır, millimiz hansı ilklərə nail olur. Söhbət təbii ki, DÇ-2018-in qrup mərəhləsində topladığımız 10 xaldan gedir. Nəzərə almaq lazımdı ki, indiyə qədər bu xalı toplaya bilməmişdik. Milli komandada top qovan 11-12 futbolçu da  məhz “Qarabağ”ın üzvləridi. Demək ki, klubların Avropadakı çıxışna diqqət ayırmaq, onların uğurları üçün əlimizdən gələni etməliyik ki, millimiz də bu işdən öz bəhrəsini alsın. Milli komandanın baş məşqçi postuna yerli mütəxəssis gəlsə, daha məqsədəuyğun olardı. Bu mənim fikrimdi. Yerli mütəxəssis deyərkən də, ilk ağıla gələn Qurban Qurbanov olur. Müvəqqəti olaraq Qurbanov fəaliyyətini 2 yerdə davam etdirə bilər – həm “Qarabağ”, həm milli komanda. Lakin daha sonra baş məşqçi fikrini artıq bir yerə yönəltməlidi. Çünki bizi qarşıda millətlər kuboku və AVRO-2020-nin seçmə oyunları gözləyir.” 


Ağasəlim Mircavadov (milli komandamızın sabiq baş məşqçisi)

“Milli komandayga futbolçular hardan gəlir? Klublardan. Klublar futbolçuları hardan yetişdirir? Akademiyada. Futbol akademiyasında. Gördünüyüz kimi, bunlar hamısı bir-birinə zəncirvari bağlıdı. Yəni, akademiyada çalışan məşqçilər, klubların aşağı yaş qrplarında çalışan mütəxəssislər öz işlərinə məsuliyyətlə yanaşsınlar. İndi məhəllələr arası futbol yarışları da azalıb. Mənim vaxtımda məktəbdə siniflər arası və ya məltəblər arası futbol yarışları həddən çox olurdu. Düzdü, indi də var. Amma indikilər cəmi 1 həftə, uzağı 1 ay çəkir. O vaxt isə yarışlar xüsusi proqramlarla düzənlənirdi və qalib 6 aya bilinirdi. Yəni futbola maraq olmalıdı, özüdə çox. Ölkədə futbol akademiyalarımız var, ancaq gəlin onların işlərinə nəzər salaq… İşləri olduqca uğurludumu? Xeyr. Qənatbəxş… Hazırda Qəbələnin futbol akademiyasındakı şəraiti yüksək qiymətləndirmək olar. Bakının futbol akademiyası da əla idi. Ordan neçə oyunçunun yetişdiyini biz gördük. Demək istəyirəm ki, akademiyalarımıza fikir vermək lazımdı. Daha sonra meydança amili var. İndi suni örtüklü meydançaların sayını artırırıblar. Biz isə o vaxt asffatlın üstündə məşq edirdik. Sizə deyim ki, asfalt suni meydançadan yaxşıdı. Çünki asfaltda zədə alırdın, 1 həftəyə sağalırdın. Suni qazonda isə elə deyil. Zədələnirsən və uzun müddətlik sıradan çıxırsan. Yəni insan sağlığına zərərlidi. Bu da, futbolçuların özlərini göstərməsinə bilavəsitə mane olur. Milli komandaya öz oyunçularımızı yetişdirməliyik, onları yığmamıza qazandırmalıyıq. Əcnəbi futbolçuları milliləşdirməklə nəsə əldə etməyəcəyik. Mənim fikrimi soruşsalar, mən öz narazılığımı bildirərdim. Futbolçuların yetişməsi üçün hər kəs əlbirliyi etsə, bəlkə o zaman yığmanın gələcək taıeyi üçün gün ağlamış olarıq”. 

Yunis Hüseynov (milli komandamızın keçmiş futbolçusu)

“Millimizin tərəqqisi üçün bilirsiz, nə lazımdı? Gərək ölkə çempionatında klubların sayı artsın. Deyirlər, “Azərbaycan futbolu inkişaf edir”. Bəli, stadion baxımından, baza baxımından inkişafdayıq. Bununla belə futbol oynamaq baxımından irəlidə deyilik və inkişaf etməmişik. Səbəb isə çox sadədi. Heç bir rayonumuzda istənilən kimi klub yoxdu. 8 komandalı çempionatda nə etmək olar? Düzdü, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşərək tarix yazdı. Bunu heç kimi dana bilməz. Lakin əgər “Qarabağ”ın heyətində həmin legionerlər olmasa bunu bacarardılarmı? Yerli futbolçularla bunu etmək mümkün olardımı? Əlbəttə ki, xeyr! “Qarabağ”ın heyətində oynayan yerli futbolçuların zəhmətini yerə vurmuram. Sadəcə müəyyən reallıqlar var ki, onları deməliyəm. Bu məsələnin bir ucu da milli komandaya bağanır. Bəli, “Qarabağ”ın Çempionlar Liqasında azərbaycanlı futbolçuları top qovur və böyük təcrübə qazanırlar. Ancaq onların sayı olduqca azdı. Həmin futbolçular millini qabağa aparmaq üçün kifayət etmir. Ona görə deyirəm ki, klubların və onların heyətində azərbaycanlı futbolçuların sayı artırılmalıdı. Heç  olmasa 5 ildən bir milli komanda üçün 2 futbolçu yetişsin. Birmənalı şəkildə bölgə klublarının sayı artırılmalı, onlara diqqət göstərilməlidi. Bəlkə o zaman Azərbaycan futbolunun tərrəqisinə nail olduq”.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43