Dünya çempionatına vəsiqə qazanmaq üçün gələn ay pley-off oynayacaq Meksika millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Meksika Futbol Federasiyasının yaydığı xəbərə görə, bu post Miqel Herreraya həvalə olunub. Çalışdırıcının son iş yeri “Klub Amerika” olub.
Qeyd edək ki, Herrera son bir ayda Meksika millisini çalışdıracaq dördüncü baş məşqçidir.