17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçlar iyunun 13-də və 15-də Zenitsa şəhərində oynanılacaq
Bu oyunlar üçün millimizə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
U-17-nin heyəti: Rəşad Həsənov, Abil Abilov, Kamal Kazımov (hamısı “Keşlə”), Cəlal Hüseynov, Elnur Mirzəyev, Vüsal Əliyev, Nurəli Nurəliyev (hamısı “Zirə”), Ülvi Mədətov, Rauf Rüstəmli, Mehrac Baxşəliyev (hamısı “Qəbələ”), Musa Musazadə, Fidayə Əzizov, Mirmövsüm Canıyev (hamısı “Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Raqif Abışov, Vüsal Qənbərov (hər ikisi “Sabah”), Eldar Tağızadə (“Fundacion”, Marset, İspaniya), Amin Ramazanov (“Lokomotiv”, Moskva, Rusiya), Nikita Pesotski “Çertanovo” (Moskva, Rusiya).