19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb. Yaiza Releanın dubl etdiyi oyunda komandamızın digər qollarını Kristina Bakarandze və Nigar Cəlilli vurub.
Yığmamız növbəti oyununu sentyabrın 17-də saat 20.00-da Belçika millisinə qarşı keçirəcək.