Futzal üzrə "Avro-2016"nın final mərhələsinin oyunlarına start verilib.
İdmanxeber.com-un məlumatına görə, Serbiyanın paytaxtı Belqradda baş tutan turnirdə Azərbaycan millisi ilkm oyununa çıxıb.
D qrupunda mübarizə aparan komandamız İtaliya yığması ilə üz-üzə gəlib və rəqibinə böyükhesabla uduzub – 0:3.
Qeyd edək ki, Tino Peresin rəhbərlik etdiyi komandamız sabah növbəti oyununda Çexiya ilə qarşılaşacaq.
3 fevral
"Avro-2016"nın final mərhələsi
00:00.İtaliya – Azərbaycan – 3:0
Qollar: Aleks Merlim, 20 (1:0), 21 (2:0), Qiasson, 29 (3:0)
Qırmızı vərəqə: Amadeu (Azərbaycan)
Baş hakim: Mark Birket (İngiltərə)
Belqrad