23 Oktyabr 2024
Ölkə futbolu

Millimiz Daşkənddə təlim-məşq toplanışı keçəcək

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 14-dən 17-dək Bakıda, 18-dən 24-dək Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışı keçəcək.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, U-19 hazırlıq zamanı oktyabrın 20-də və 23-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki beynəlxalq yoldaşlıq oyunu da keçirəcək.

Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:

N Ad/Soyad Klub
1 Mehriban Şahməmmədova Neftçi
2 Güləsər İsmayılova Gömrükçü
3 Aydan Əkbərova Baku Juniors
4 Aysel Ziyadova Qəbələ
5 Ülviyyə İslamova İnter Xaçmaz
6 Pərişan Abdullayeva Baku Junior
7 Səma Həsənli Qəbələ
8 Vahidə Əlipaşayeva Baku Juniors
9 Fatimə Əhmədova Baku Juniors
10 Aydan Həsənova Neftçi
11 Məsumə Nəzərli Neftçi
12 Röya Əliyeva Baku Juniors
13 Mədinə Curuqova Sabah
14 Şəkər Piriyeva Vere (Gürcüstan)
15 Aysu Murtuzayeva Neftçi
16 Aysel Cumayeva Balxurma
17 Lalə Abbaszadə Neftçi
18 Sevda Heydərli Sabah
19 Günel Muradova Qəbələ

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43