Ölkə futbolu

Millimiz Divizion klubuna qalib gəldi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz “Qaradağ Lökbatan” klubu ilə qarşılaşıb.

Vüqar Məmmədin komandası birinci divizion təmsilçisi üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Hər iki qolu Kamran Quliyev vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43