Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında start götürən dördüncü dünya çempionatında mübarizəyə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “D” qrupunda yer alan yığma ilk turda ev sahibləri ilə qarşılaşıb. Görüş 30:19 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Azərbaycan seçməsi qrupda növbəti matçını Nigeriyaya qarşı keçirəcək.
Qeyd edək ki, mundiala aprelin 30-da yekun vurulacaq.