Dünya futbolu

“Ronaldoya dedim ki, sənə nifrət edirdim” – Dibala

“Roma”nın futbolçusu Paulo Dibala yerli mətbuata maraqlı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, aragentinalı oyunçu ölkəsində Messi-Ronaldo rəqabəti barədə danışıb. O, “Yuventus”da komanda yoldaşı olan Kristiano ilə yaşadığı xatirəsini bölüşüb:

“Ronaldo ilə “Yuventus”da yaxşı üç il keçirdim. O, çox güclü idi, komandanın səviyyəsini artırmaq üçün gəlmişdi. Argentinada Messi-Ronaldo rəqabəti çox aqressiv səviyyədədir. Mən də uşaqlıqda Messinin daha güclü olduğunu düşünmüşəm.

Yadımdadır, bir dəfə təyyarə ilə matça gedirdik. Ronaldo mənim qarşımda oturmuşdu, amma bir anda üzünü çevirdi və biz söhbət etməyə başladıq. Futbola barədə danışırdıq. Ona dedim ki, uşaq vaxtı sənə nifrət edirdim. Hamımız buna gülmüşdük. Bizim həmişə Ronaldo ilə yaxşı münasibətimiz olub”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43