Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyunu keçirib.
Yığmamız Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib.
Qeyd edək ki, U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
22 yanvarAzərbaycan (U-19) – “Krasnodar-3” (Rusiya) – 1:1
Qol: Sərhad Daşdəmir
Antalya