Milli komanda

Millimiz Lixtenşteyni rüsvay etdi

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, yığma Bosniya və Herseqovinanın Kakanj şəhərində Lixtenşteynlə qarşılaşmada 8:0 hesablı qələbə qazanıb.

Niyazi Osmanovun dubl etdiyi oyunda millimizin digər qollarını Elton Mikayıkov, Murad Məmmədov, İlkin Cəfərli, Əhməd Tarverdiyev, Əşrəf Ələkbərli və Davud Mənsumov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43