17 Sentyabr 2024
Ölkə futbolu

Millimiz növbəti dəfə məğlub oldu

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoldaşlıq görüşünü keçirib.

İdmanxeber.az-ın məlumatına görə, millimiz hazırlıq çərçivəsində Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Uels seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan milli komandası toplanış çərçivəsində daha əvvəl Şotlandiya (0:2) və Niderlandla (0:3) yoldaşlıq görüşündə qarşılaşıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43