Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
23 fevral
Yoldaşlıq oyunu
19:30. Azərbaycan – “Atırau” (Qazaxıstan)