17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması moldovalı həmyaşıdları ilə növbəti yoxlama oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komandamız rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, komandamız daha əvvəl bu rəqibini 5:1 hesabı ilə üstələmişdi.