UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Marsel” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, görüşü Montoneqro Futbol Federasiyasından Nikola Dabanoviçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Milovan Cukiç, Vladan Todoroviç (yan xətt hakimləri) və Miloş Boşkoviç (dördüncü hakim) kömək göstərəcəklər.
2018-ci ildə Millətlər Liqasında millimizin Malta ilə səfər matçını idarə etmiş Dabanoviç yığmamızın qapısına penalti təyin etmişdi.
Xatırladaq ki, fevralın 17-də Fransada keçiriləcək “Marsel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00 başlanacaq. Cavab görüşü fevralın 24-də Bakıda olacaq.