Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi ispaniyalı mütəxəssis Faustino Peres Moreno Qomesə (Tino Perez) həvalə olunub.
İdmanxeber.com-un məlumatına görə, onun bu vəzifəyə təyinatının təsdiq olunub-olunmaması AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.