22 Dekabr 2024
Milli komanda

Millimizin baş məşqçisi: “Qırmızı vərəqə nəticəyə təsir etdi”

“Əlbəttə, məğlub olduğun zaman çox şey danışmaq çətindir. Nəticə özlüyündə hər şeyi deyir. Bununla belə, məğlubiyyətə baxmayaraq, çox da bədbin deyiləm”.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez “Avro-2016″nın final mərhələsində İtaliyaya uduzduqları görüşdən sonra deyib.

Perez komandasının azlıqda qalmasının oyunun nəticəsinə təsir etdiyini bildirib: “Müdafiədə pis oynamadıq. Kombinasiya qurmaqda çətinlik çəkmədik. Buraxdığımız birinci qoldan bir neçə dəqiqə əvvəl hesabı açmaq üçün əla imkanımız vardı. Amma rəqib qapıçı əla oynadı. Təbii ki, Amadeunun qırmızı vərəqə alması və azlıqda qalıb qol buraxmağımız yekun nəticəyə birbaşa təsir göstərdi. Beş nəfərlə hücum edərkən də qol imkanları yaratdıq. Amma İtaliya millisinin qapıçısı keçilməz oldu”.

Qeyd edək ki, D qrupunda mübarizə aparan komandamız ilk görüşündə İtaliyaya 0:3 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43