Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” klubu yoldaşlıq oyunu keçirib.
İdmanxeber.com-un məlumatına görə, “Karlsrue” Bundesliqanın lideri “Bavariya” ilə qarşılaşıb. Matç “Karlsrue”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. D.Nazarov komandasının ikinci qolunun müəllifi olub. O, 73-cü dəqiqədə penaltidən fərqlənib.
“Karlsrue” – “Bavariya” – 2:1
Qollar: Berri, 17 (1:0), Arturo Vidal, 21 (1:1), Dmitri Nazarov, 73-pen(2:1)
Qırmızı vərəqə: Jerom Boatenq