U-21 yığmamızın futbolçusu Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.
İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan yarımmüdafiəçi oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.
Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.
Tural Bayramlı ötən mövsüm Latviyada – “Dauqavpils”də çıxış edib. Hazırda isə “Keşlə”nin şərəfini qoruyur.