Kateqoriyasız

Millimizin AÇ-2020-dəki oyununu 15 min uşaq izləyəcək

Xəbər verdiyimiz kimi, AÇ-2020-nin seçmə mərhələsində Budapeştdə Macarıstanın qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə,m“Qroupama Arena”da keçiriləcək qarşılaşmanı 15 minə yaxın azyaşlı izləyəcək.

UEFA Slovakiya ilə oyunda fanatların rəftarına görə, Macarıstan millisinə bir oyunluq azarkeşsiz oynamaq cəzası verib. Qaydaya görə, 14 yaşdan kiçik uşaqlar matçı tribunadan izləyə bilər.

Bu səbədən də federasiya stadionu uşaqlarla doldurmağa qərar verib.

Macarıstan – Azərbaycan oyunu oktyabrın 13-ü baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43