22 Dekabr 2024
Kateqoriyasız

Millimizin futbolçusu oynadı, “Barselona”nı taxtdan salmaq mümkün olmadı

İspaniya La Liqasında III turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" səfərdə "Malaqa" ilə üz-üzə gəlib. İlk iki turda maksimum nəticə əldə edən "Eybar" qələbə qazanacağı təqdirdə lider "Barselona"nı taxtdan salacaqdı. Lakin 90 dəqiqə ərzində hesab açılmayınca matç 0:0 hesabı ilə başa çatıb.

Eddi İsrafilov yeni komandasında rəsmi matçlarda debüt edib. O, qarşılaşmanın 66-cı dəqiqəsində Qonzale Eskalantenin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, 3 turdan sonra "Eybar" 7 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43