Dünya futbolu

Millimizin futbolçusu Türkiyədə rəmzi həyətə düşdü – FOTO

Türkiyə I Liqası təmsilçisi “Ümraniyespor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev turun rəmzi heyətinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu son turda “Kocaelispor”a qarşı fərqlənməyi bacarıb. Diniyev “Ümraniyespor”un 3:0 hesabı ilə qalib gəldiyi matça start heyətdə başlayıb.

Bu performansından sonra millimizin üzvü turun rəmzi heyətində yer alıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43