Almaniyalı hücumçu Tomas Müller “Bavariya”dan “Milan”a keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Milan klubu futbolçu ilə yaxından maraqlanır. Təcrübəli hücumçunun mövsüm sonu Almaniya təmsilçisindən ayrılacağı gözlənilir.
Müller karyerası boyu “Bavariya”da çıxış edib. Onun hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.
Bu mövsüm futbolçu Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

