“Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Super Liqa təmsilçisi “Bodrum” klubu oyunçunun xidmətində maraqlıdır. Yarımmüdafiəçinin də Türkiyədə oynamağa müsbət yanaşdığı bildirilir.
Əgər klublar razılığa gəlsə, U-21 millimizin üzvü Bodrum təmsilçisində çıxış edəcək.
Xatırladaq ki, ötən mövsüm I Liqada mübarizə aparan “Bodrum” cari futbol ilindən Super Liqada çıxış edəcək.