Azərbaycan millisinin UEFA Millətlər Liqasında Estoniya və Slovakiya yığmaları oyunlar üçün heyəti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, Fernandu Santuş yığmaya 24 futbolçu dəvət edib.
Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Mehdi Cənnətov (“Sumqayıt”), Aydın Bayramov (“Zirə”)
Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Qismət Alıyev, (“Zirə”), Rahil Məmmədov (“Radomyak”, Polşa), Şəhriyar Əliyev (“Turan Tovuz”), Zamiq Əliyev (“Eqnatiya”, Albaniya), Anton Krivotsyuk (“Daejon”)
Yarımmüdafiəçilər: Toral Bayramov, Aleksey İsayev (hər ikisi “Qarabağ”), Elvin Camalov, (“Sabah”), Ceyhun Nuriyev (“Zirə”), Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Emin Mahmudov (“Neftçi”), Ozan Can Kökçü (HIK, Finlandiya), Xəyal Nəcəfov (“Turan Tovuz”)
Hücumçular: Ramil Şeydayev (“Neftçi”), Rüstəm Əhmədzadə (“Zirə”), Renat Dadaşov (“Ankaragücü, Türkiyə), Mahir Emreli (“Nürnberq”, Almaniya)
Qeyd edək ki, oktyabrın 11-də səfərdə Estoniyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiyanı qəbul edəcək.