Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açıb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı forvard ölkə çempionatının 6-cı turunda fərqlənməyi bacarıb.
“Braqa” ilə səfər matçının 79-cu dəqiqəsinda meydana daxil olan Renat 7 dəqiqə sonra “Tondela”nın matçdakı yeganə qolunun müəllifi olub.
Görüş “Tondela”nın məğlubiyyəti ilə nəticələnib – 1:3.