Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ikinci yeri tutmuş 17 yaşadək futbolçulardan ibarət Azəbaycan yığmasının iki üzvü mükafatlandırılıb.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin üzvləri Hüseyn Seyliğli və Doğukan Öksüz müvafiq olaraq turnirin ən yaxşı müdafiəçisi və ən yaxşı hücumçusu mükafatına layiq görülüblər.