“Hesab bizim üçün gözlənilməz oldu. Belə uduzacağımızı gözləmirdim. Biz rəqibə əsasən ruslar əks-hücuma çıxanda uduzduq. Rusiya yığması isə arxa xətdə az səhvə yol verdi. qələbədə əsas rolu da məhz bu oynadı”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.
Çalışdırıcı məğlubiyyətin səbəbləri kimi həyəcanı göstərib:
“Futbolçularımızda bir az həyəcan da var idi. Onlar bu stadionda meydana çıxmayıblar. Heyətdə 1-2 oyunçmuz yox idi, onların olmamağının da təsiri var idi”.