21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 2021-ci il Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyunlarının stadionu müəyyənləşib.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, sentyabrın 6-da Slovakiya, sentyabrın 10-da isə Gürcüstan yığması ilə qarşılaşmalar “Dalğa Arena”da keçiriləcək
Qeyd edək ki, millimiz ilk oyunda səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzub.