21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Taşkın İlter Türkiyə PTT Liqasında növbəti qolunu vurub.
İdmanxeber.az-ın məlumatına görə, onun formasını geyindiyi “Eyupspor” klubu digər azərbaycanlı futbolçu – Vüsal İsgəndərlinin çıxış etdiyi “Ankara Keçiorengücü” ilə qarşılaşıb və qələbə qazanıb – 2:1.
Taşkın görüşə əsas heyətdə başlayıb və 13-cu dəqiqədə komandasının ilk qolunu vurub. Bununlada o, ardıcıl meydana çıxdığı ikinci oyunda ikinci qolunu vurub.
Vüsal İsgəndərli də oyuna start heyətində meydana çıxıb. O, 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu onun ardıcıl ikinci oyunda vurduğu ikinci qoldu.