Kateqoriyasız

“Sabah” xal üzünə həsrətdi, “Qəbələ”dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Qəbələ” doğma meydanda “Keşlə”ni qonaq edib. Gərgin keçən matçda əyalət komandası qələbəyə sevinən tərəf olub – 2:1.

Günün ikinci oyununda “Sumqayıt” və “Sabah” üz-üzə gəlib. Burada da meydan sahibləri 3 xal qazanmaqla qonaqları əliboş yola salıb – 2:0.

Azərbaycan Premyer Liqası
II tur

21 avqust 

18:00. “Qəbələ” – “Keşlə” – 2:1
Qollar: 
Yaovi Akakpo, 11, Rafael Utziq, 30 – Anatole Abanq, 76

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu

“Qəbələ”:  94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 12. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 88. Gülağa Əsədov,18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 9. Anatole Abanq, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 17. Omar Qudiabi, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev
Baş məşqçi: Sənan Qurbanov

20:00. “Sumqayıt” – “Sabah” – 2:0
Qollar: 
Əli Qurbani, 32, Tellur Mütəllimov, 77

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 37. Nicat Əliyev, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov

“Sabah”: 1. Səlahət Ağayev, 7. Coşqun Diniyev, 14. Slavik Alxasov (k), 2. Amin Seydiyev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 8. Şakir Seyidov
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43