Kateqoriyasız

Millimizin sabiq üzvü Türkiyədə ikinci qolunu vurdu

21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Taşkın İlter Türkiyə PTT Liqasında növbəti qolunu vurub.

İdmanxeber.az-ın məlumatına görə, onun formasını geyindiyi “Eyupspor” klubu digər azərbaycanlı futbolçu – Vüsal İsgəndərlinin çıxış etdiyi “Ankara Keçiorengücü”  ilə qarşılaşıb və qələbə qazanıb – 2:1.

Taşkın görüşə əsas heyətdə başlayıb və 13-cu dəqiqədə komandasının ilk qolunu vurub. Bununlada o, ardıcıl meydana çıxdığı ikinci oyunda ikinci qolunu vurub.

Vüsal İsgəndərli də oyuna start heyətində meydana çıxıb. O, 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu onun ardıcıl ikinci oyunda vurduğu ikinci qoldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43