Türkiyə PTT 1-ci Liqasında XII turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, millimizin üzvləri Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin şərəfini qoruduğu “Qaziantep BB” klubu evdə “Adana Dəmirspor”la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Ufuk start heyətində meydana çıxıb və sonunadək meydanda qalıb. Vaqif isə 80-ci dəqiqədə meydana buraxılıb. Rəhman matçın iştirak ərizəsinə düşməyib.