Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarında və Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçi” – “Qaradağ Lökbatan” matçının 68-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Kaue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçala” – AZAL matçında “Neftçala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçala” klubunun futbolçusu Elvin Adışirinli və AZAL klubunun futbolçusu Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanıb, AZAL klubu 2000 , “Neftçala” klubu 200 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Simurq” – “Rəvan” matçının 55-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 90+1-cü dəqiqəsində “Bakı” klubunun futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 58 və 82 – ci dəqiqələrində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.