Kateqoriyasız

Millimizin üzvü Çempionlar Liqası üçün sifariş edildi

Türkiyənin “Başakşəhər” klunu UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisinin 24 futbolçudan ibarət siyahısında Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplan da var.

Qeyd edək ki, “Başakşəhər” H qrupunda Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və Almaniyanın “Leypsiq” komandaları ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43