Millimizin futbolçusu Əli Gökdəmir “Hannover 96″nın U-23 komandasında növbəti oyununu keçirib.
o, “Şvarts-Vayss” klubu ilə qarşılaşmada oynamaq şansı qazanıb.
Meydan sahibi “Şvarts-Vayss” hesabı açsa da , “Hannover 96” 9 dəqiqə sonra hesabı bərabərləşdirib. Görüş 1:1 hesabı ilə başa çatıb. Gökdəmir ilk dəfə yarımmüdafiənin hücuma yaxın nöqtələrində mübarizə aparıb. 90 dəqiqə forma geyən həmyerlimiz matçda 1 də sarı vərəqə alıb.
Qeyd edək ki, bu nəticədən sonra “Hannover 96” topladığı 8 xalla 9-cu pillədə qalıb.