Cənubi Koreya çempionatının 12-ci turunun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Anton Krivostyukun formasını geyindiyi “Tecon Xana Sitizen” doğma meydanda “Suvon” komandasını qəbul edib.
Görüş ev sahibi klubun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Anton matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
Bu qələbənin ardından “Tecon Xana Sitizen” turnir cədvəlində 21 xalla 3-cü pillədə qərarlaşıb.