Dünya futbolu

37 yaşlı oyunçuyla bir illik müqavilə imzalandı

İspaniyanın “Vilyareal” klubu təcrübəli futbolçu ilə Raul Albiolla müqavilə uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, La Liqa təmsilçisi 37 yaşlı oyunçuyla 1 illik sözləşmə bağlayıb. 4 ildir komandada çıxış edən ispaniyalı daha bir mövsüm klubda keçirəcək.

O, 2019-20-ci ildə 4 milyon avro qarşılığında “Napoli”dən transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43